دنیز اولوب اوركده دالغالانان
ایشیق اولوب گئجهلره جالانان
آلوو كیمی اورهییمه قالانان
اؤلدوروب یاشادان باخیشا قوربان
گؤزلرینه ایلمهلهدیم دیلهیی
باخیشینا دویون له دیم اورهیی
گول آچدی شعریمده سئوگی چیچهیی
بایغین گؤزونده كی ناخیشا قوربان
بولود گؤزلرینین نملی چاغیدیر
انسانی كول ائدن حسرت داغیدیر
اورك سنین ایچین سئوگی باغیدیر
گؤزوندن داملایان یاغیشا قوربان
دئمیرم گؤزلرین گونشدی آیدی
سونسوزلوقدا بلكه گؤیلره تایدی
گؤزونده چاغلایان بولاغدی چایدی
اوزوندن سوزولن آخیشا قوربان
فی البداهه
Dəniz olub ürəkdə dalğalanan
Işıq olub gecələrə calanan
Alovv kimi ürəgimə qalanan
Öldürüb yaşadan baxışa qurban
Gözlərinə ilmələdim diləgi
Baxışına düyünlədim ürəgi
Gül açdı şerimdə sevgi çiçəgi
Bayğın gözündəki naxışa gurban
Bulud gözlərinin nəmli çağıdır
İnsani kül edən hasrət dağıdır
ürək sənin için sevgi bağıdır
Gözündən damlayan yağışa gurban
Demirəm gözlərin günəşdi aydı
Sonsuzluqda bəlkə göylərə taydı
Gözündə çağlayan bulağdı çaydı
Üzündən süzulən axışa qurban
(məryəm)
Məryəm Payızlı
+0 بهین