سسسیز آخشاملارین باغریندان تؤكولدوم
منی سوروشمازلار اینان
منی سوروشمازلار بو اوتاغین دووارلاری
گؤزلریم دیللهنیر
بو گوزگولر نهدن منی سایمازلار
گون اولور سببسیز كؤلگهم دونور
باغلانیر قونشوموزدا پنجرهلر
بولودلاردا گئدیرلر
كوچهلردن چكیلیر همن، اوشاقلار
كسیر اومودلاریمی اینان
آغاجلاردا سارالیر سولور باخچامیزدا
سؤنموش كیمییم
آه وئریرهم درین
او آن آتیلمیشام
چوخ یورغونام بیلهر بیلمز؟
سانكی مین ایل یاشامیشام
منی كؤشهلرده یانینا آلمازلار
هئی قوجامان نفس وئرهن...
یئللر كیمی سوپور منی بو شهردهن
كی بیر عؤمور یاتماق ایستهرم
ــــــــــــــــــــــــــــــــــــــــ
Səssiz Axşamların bağrından töküldüm
Məni soruşmazlar inan
Məni soruşmazlar bu otaqın duvarları
Gözlərim dillənir
Bu güzgüler Nədən məni saymazlar
Gün olur səbəbsiz kölgəm donur
Bağlanır qonşumuzda pəncərələr
Buludlarda gedirlər
Küçələrdən çəkilir həmən uşaqlar
Kəsilir umidlərim inan
Ağaclarda saaralır solur baxçamızda
Sönmüş kimiyəm
Ah veirəm dərin
O an atılmışam
Çox yorğunam bilər bilməz
Sanki min il yaşamışam
Məni köşələrdə yanına almazlar
Hey qocaman nəfəs verən
Yellər kimi süpür məni bu şəhərdən
ki
Bir ömür yatmaq isterem
UMUD Nəccari
+0 بهین