Xəyalım kölgə tək səni izləsin
Baxdığın
üzlərdə məni xatırla.
“Bəlkə zəng edəcəm”, – təsəllin olsun
Hər zəngin səsində məni xatırla.
Göylərdə
buludlar qara olduqca
Yoxluğum gözündə yağmur yağdıqca.
İntizar alovu alovlandıqca
Acının özündə məni xatırla.
Demə
ki, unuda bilərsən məni,
Ürək unudarmı axı sevəni?!
Həsrətin rüzgarı buraxmaz səni,
Bakı küləyində məni xatırla.
Bakı,
15.05.2012.
Shahmar Bayramli