آذربایجان توركجهسینه اویغونلاشدیران: بولاق
سوروملولوق
I.
سوروملودور گؤزلرین، سئوگیلیم
عالمه تؤكولن هر بیر یاغیشدان
و هر بیر آغاجدان مئشهده یئتیشن
سوروملودور گؤزلرین شعرین یازیلماسیندان
اینجی و صدفین تشككولوندن
یئتكینلشمهسیندن سئوگی و جنسیتین
و بؤیومهسیندن اوشاقلارلا چیچكلرین
گوندوز عباسیندان گئجهنین چیخماسیندان
II.
سوروملودور گؤزلرین دؤنوشوندن بو كائناتین
ایشیغین سفریندن و دَییشمهسیندن رنگلرین
ایقلیمین وضعیتیندن
و قوامیندان دنیزلردهكی ماویلییین
سوروملودور گؤزلرین، سئوگیلیم
باهاردا تارلالارین گئییندییی هر شئیه قارشی
مئشهلرده آتشین آلوولاندیردیغی هر شئیه قارشی
و هر شئیه قارشی، شهرلرده چایلارلا دولوب داشان
III.
سوروملودور گؤزلرین، سئوگیلیم
بو دونیادان؛ دوغودان باتیا قدر
قوزئیه و گونئیه قدر
سوروملودور بالیقلارین هجرتیندن
دؤنمهسیندن اولدوزلارین
بیتكیلرین سورگون وئرمهسیندن
حیاتین داواملیلیغیندان
نفسلنمهسیندن گونباتیمیندا خولیالارین
سوروملودور سارقیتیلان ایپدن
و باراما ائتمهسیندن ایپك بؤجهیینین
سوروملودور پارلایان یاخود ایشیلدایان هر شئیدن
قوناندان یاخود اوچاندان
سوروملودور گؤزلرین، سلطانیم
یئر اوزونون دولانماسیندان
و گلهجهییندن میللتلرین
Sorumluluq
I.
Sorumludur gözlərin, sevgilim
Aləmə tökülən hər bir yağışdan
Və hər bir ağacdan meşədə yetişən
Sorumludur gözlərin yazılmasından şeirin
İnci və sədəfin təşəkkülündən
Yetkinləşməsindən sevgi və cinsiyyətin
Və böyüməsindən uşaqlarla çiçəklərin
Gündüz əbasından gecənin çıxmasından
II.
Sorumludur gözlərin dönüşündən bu kainatın
İşığın səfərindən və dəyişməsindən rənglərin
İqlimin vəziyyətindən
Və qəvamından dənizlərdəki maviliyin
Sorumludur gözlərin, sevgilim
Baharda tarlaların geyindiyi hər şeyə qarşı
Meşələrdə atəşin alovlandırdığı hər şeyə qarşı
Və hər şeyə qarşı, şəhərlərdə çaylarla dolub daşan
III.
Sorumludur gözlərin, sevgilim
Bu dünyadan; doğudan batıya qədər
quzeye ve güneyə qədər
Sorumludur balıqların hicrətindən
Dönməsindən ulduzların
Bitkilərin sürgün verməsindən
Həyatın davamlılığından
Nəfəslənməsindən günbatımında xülyaların
Sorumludur sarkıtılan ipdən
Və barama etməsindən ipək böcəyinin
Sorumludur parlayan yaxud işıldayan hər şeydən
Qonandan yaxud uçandan
Sorumludur gözlərin, sultanım
yer üzünün dolanmasından
Və gələcəyindən millətlərin
+0 بهین