قورخورام سندن
قورخورام یانینسیرا گئدندن
پنجرهلره دوغرو آخشام اوزَری
ال-قول اویناتماغیندان
دئییلمهیَن سؤزلردن
قورخورام سرعتلی-یاواش زاماندان
قورخورام سندن
سنه بؤیوك بیر سیرر سؤیلهیهجهیم
باغلا قاپیلاری
اؤلمك داها آساندیر، سئومكدن
بونداندیر ایندی منیم یاشاماغا
دؤزمهییم
سئوگیلیم...
SƏNƏ BÖYÜK BİR ŞEY SÖYLƏYƏCƏYƏM - ARAGON
Sənə böyük bir sirr söyləyəcəyəm
Qorxuram səndən
Qorxuram yanınsıra gedəndən
Pəncərələrə doğru axşam üzəri
Əl qol oynatışından
Deyilməyən sözlərdən
Qorxuram sürətli-yavaş zamandan
Qorxuram səndən
Sənə böyük bir sirr söyləyəcəyəm
Bağla qapıları
Ölmək daha asandır, sevməkdən
Bundandır indi mənim yaşamağa
dözməm
sevgilim...