سن هر گون كوچهباشلاریندا
جیریق پالتارینلا چیركلی اللرینله
اوووج آچان، سفیل اینسان.
اینان یوخ فرقیمیز بیر-بیریمیزدن
سن بلكه بوتون حیاتینجا دیلهنهجك؛
گؤزلهدییین بئش قیرانی بیری وئرمزسه
او بیریندن ایستهیهجكسن.
آمما من بوتون حیاتیم بویونجا
تك بیر دفعه دیلندیم
بیر آجیماسیز اورهیین سئوداسی ایله آلوولاندیم.
ائله بوش ائله آچیق قالدی كی الیم،
آند ایچدیم بیر داها دیلنمهیهجهیم.
DİLƏNÇİ
Sən hər gün küçəbaşlarında
Cırıq paltarınla çirkli əllərinlə
Ovuc açan, səfil insan.
İnan yox fərqimiz bir-birimizdən
Sən bəlkə bütün həyatınca dilənəcək;
Gözlədiyin beş qiranı biri verməzsə
O birindən istəyəcəksən.
Amma mən bütün həyatım boyunca
Tək bir dəfə diləndim
Bir acımasız ürəyin sevdası ilə alovlandım.
Elə boş elə açıq qaldı ki əlim,
And içdim bir daha dilənməyəcəyəm.
Yazar : Victor Hugo