شعر: ییلماز اوداباشی
آنادولو توركجهسیندن اویغونلاشدیران: بولاق
سوورولان كوچهلرینه عؤمورومون
گولدوكجه
گون
آشار گؤزلرینین آخشامینا
گئجهدیر، بیر كولك گتیرر اللرینی
اؤپهرم... كیمسهلر گؤرمز
بوداقلار یاشدیر آی ایشیغیندا
آدین پاییز اوزلو بیر اوشاق
عؤمورومون سرخوشلوغونا دولانار گلیر
بو شهرلی آخشاملار شوبههلیدیر، قانادیر یوخلوغونو
سسین سسسیزلییمده چوخالار گلیر
بوداقلار یاشدیر آی ایشیغیندا
گئتمهیین بیلدییی كیمی دانیشیردی
منسیز...
بلكه بیر قیش گونشی ایدین كیم بیلر
بلكه كیمسهلرین اوغرامادیغی بیر پاییز چیناری
قالاقالدین تنهالیغا
كؤلگهسیز...
و ماهنین قانایان بیر گول كیمی ائنهر
سوورولان كوچهلرینه عؤمورومون…
SOVRULAN KÜÇƏLƏRİNƏ ÖMÜRÜMÜN
güldükcə
gün
aşar gözlərinin axşamına
gecədir, bir külək gətirər əllərini
öpərəm... kimsələr görməz
budaqlar yaşdır ay işığında
adın payız üzlü bir uşaq
ömürümün sərxoşluğuna dolanar gəlir
bu şəhərli axşamlar şübhəlidir, qanadır yoxluğunu
səsin səssizliyimdə çoxalar gəlir
budaqlar yaşdır ay işığında
getməyin bildiyi kimi danışırdı
...mənsiz
bəlkə bir qış günəşi idin kim bilər
bəlkə kimselerin uğramadığı bir payız çinarı
qalaqaldın tənhalığa
...kölgəsiz
və mahnın qanayan bir gül kimi enər
…sovrulan küçələrinə ömürümün
+0 بهین