Böyük QulaqlıqlarYenə eyni saatlarda balkona çıxmışdı. Yenə orada idi indi. Böyük qulaqlıqları qulağında idi. Gülür, əylənirdi. O sirrli idi. Səsini heç DUYMADI onun. üzünü işıqlıqda heç görmədi. O evdə yaşayırdı tək başına. Qonşuları idi. Bir neçə dəfə anasına soruşdu amma anası bilmədiyini söylədi. İkisinin arasında bir şey varidi. Eyni saatda görüşmə ayarlayan sevgililər kimi idilər. İkisi də balkona o saatda çıxardılar. O musiqisini dinləyərdi. Gülərdi. Məndə onu izlərdim həm də heç sıxılmadan və çox gec olunca da ayrılardılar artıq. Son bir ayda ona bağlanmışdı amma bilirdi qızda ona baxırdı. Dünən bilərək qapıda dayanmışdı. Qız tam onun dayandığı yerə baxmışdı və içəri girmişdi. 5 dəqiqə sonra əlində qəhvəsiylə geri dönmüşdü. Günləri belə keçərkən bir gün anası qız tapdığını və o artıq evlənməsi lazım olduğunu söylədi. Etiraz etsə də sabah o qızla yemək yeyəcəkdi. Sabahısı gün olunca qızla yeməyə getdi. Amma qızı sevmədi. Bu qız onun sevdiyi qız kimi gülmürdü. Nə növ musiqi sevdiyini soruşmuşdu bilərək amma qız musiqi dinləmirdi. Sevmirdi. Amma sevdiyi qızın böyük qulaqlıqları varidı. həmişə qulağında idi. Amma anası o qızla evlənməsini istəyirdi. Gedib sevdiyi qızla danışmağa qərar verdi. Axşam balkona çıxdı amma o yox idi. Bir iki deyərkən qız yox idi. Ertəsi axşam yenə balkona çıxdı. Qız yox idi amma oturduğu yerdə qulaqlıqları varidi. Evdə idi indi. Bir iki gündə olsa ağılına 'ehtimallar' gətirməmək üçün çox çalışmışdı. Evdən çıxdı. Qapısını döydü. Amma kimsə açmadı. Taxtadan bir qapı idi. Bir az zor gələndən sonra qapı açıldı. Amma hər yer bomboş idi. Otaqları gəzdi. Divarlara həp kağızlar yapışdırılmışdı. Evin hər yeri kağızdan dolu idi.. Mətbəxə baxdı. Yalnız qəhvələr və su. Balkona çıxdı. Böyük qulaqlıq, telefon və bir kağız varidı. Kağızda ‘'qulağına tax'' yazılmışdı. Qulaqlığı tez qulağına keçirdi. Bu onun səsimi deyərkən hiss edə bilirdi onun səsi olduğunu. Bir şeylər söyləyirdi. Səsi dümdüzidi amma... ‘'səlam . adını bilməsəm də sən mənim nağılımın qəhrəmanısan. Biz hər gün eyni saatda görüşürük. Mən ilk səni düşündüm və sonra sən məni. Tanış olmalıydıq sənlə amma olmadı. Həyatına girə bilmərəm sənin. Heç təxmin etməyəcəkdin bilirəm amma karam mən. həmişə qulaqlığımı taxaram amma boşu boşuna. Qulaqlarımın var olmasını istəyirəm. Evi bəlkə gəzdin. Hər yerdə sən varsan. Gördüyüm qədəriylə səni çəkdim, səni yazdım. Getməliydim çünki məni düşündün və imtina etmədin. Bizim nağılımız olmazdı prənsim. Səsimi xatırlamıram. Bunu qeyd etdim amma necə oldu bilmirəm. Bağışla məni.'' Doğru idimi? Səhərə qədər dinlədi. Anlaya bilmədi. Qulaqlıqları, kar olması, buna görə onu buraxması. Günəşi düşündü. Bir azda olsa özünə gəlincə evi gəzdi. Gecə fərq etməmişdi amma hər yerdə o vardidı. Çəkmişdi onu. Gördüyü qədəriylə. Yazılar vardidi. Onları yığdı. Mətbəxdəki qəhvələrin yanına ''sənə aid olanlar'' yazılmışdı. Onları götürdü və evə getdi. Yazılarda həp onu anlatırdı. birlikdə sovuşdurduğu anlara görə olanlar;, ikisi haqqındakı xəyallar, getməsi lazım olduğu. Bir yazıdakı cümlə onu təsirləndirdi. Yəni ən çoxda o cümlə. Son kağızda, vida yazısında, son gecələrindəki görüşmədə yazmışdı. ‘'Hər şeyidən keçə bildim amma prənsim səsini lap çox özlədim. Məni necə xitab edərdin görəsən??'' hər kəslə danışarkən diqqət belə etmədiyi o şey ,səsi o çox sevdiyi üçün çox əhəmiyyətli idi indi. Yazılar, qəhvələr bitdi. Balkona eyni yerinə çıxdı. Görüşün vaxtı idi. Bu səfər böyük qulaqlıqları o taxdı. Onun səsini ilk və son dəfə eşidərkən xatırladığı qədəriylə onu ən gözəl şəkildə təsvir etdi.