سندن سونرا
آنادولو توركجهسیندن اویغونلاشدیران: بولاقبیلیرسنمی، آرتیق شعر یازماق گلمیر ایچیمدن. سانكی قورتاردی سؤزلریم، نه واخت آغزیمی آچسام جملهلر پارا-پارا تؤكولور دیلیمدن. بوراخدیم آرتیق سنی یازماغی سویا، آتشه. سن هئچ دئییلمهمیش بیر سؤزایدین بلكه ده. ایشین اصلی، بو آیریلیغی دا سیغدیرا بیلمیرم هئچ بیر شعره.اوستومه سیخینتی قوسور زامان. بو گونلرده مجبور اولمایینجا چؤله چیخمیرام. اؤزومو كئچمیشیمده بوراخا بیلسئیدیم كاش كی. هارا گئتسهم اؤزومه توتولورام. سندن سونرا بیر آز داغیلدیم یقین، ائوین داغینیقلیغی دا اوندان. چیركلنیرمیش اینسان، عشقی لكه كیمی سینهسینده داشیماقدان. حالبوكی عشق، آغ بیر زنبق ایدی بوداغیندا آچان. زنبقلریم ده چیركلندی.البته ییغاجاغام قیریلان تؤكولن پارچالاریمی. سندن، مندن، بیزدن آرتیق قالان نه وارسا باشیم گؤزوم اوستونه. بو آرادا بیر شئی داها اؤیرندیم؛ اینسان اورهیینین بیر فرقی یوخموش قیریلان وازادان(1). بؤیوكموش ایكیسینی ده ان یاخینیندا دایانانلارین قیرما احتیمالی. قیریلماق او قدر ده پیس دئییل بلكه ده. قیریلا تؤكوله اؤیرهنهجهییك حیاتی. باغیشلاماغی دا اؤیرنرمیش اینسان زامانلا. اؤیرنهرممی گئرچكدن؟بعضن اونودورام اینجیكلیییمی، آنامی داریخدیغیم كیمی داریخیرام سنی.بیلیرسنمی اؤزومدن قورخورام. سنه ائله قیزیرام ائله قیزیرام كی. ان چوخ دا اؤزومه. حیرصلیلیك پیس بیر شئی، نه ائتسم نه سؤیلهسم یازیر گوناه مهلهیی. مجبور ائتمهیه گلمیر دئییلمی؟ كیم دئمیش اینسان قدرینی اؤز تعیین ائدر دئیه؟ اولمورموش ایشده! باخ، تام اورتادان قوپدو، بیز نه قوجاقلاماغی باجارا بیلدیك نه هؤرمهیی قَدَرین اپریمیش ایپینی. سانكی سئودا دئدیین توكدن بیر كؤرپو، ائله ایتی، ائله اینجه. اوزهرینده گئتمهیه جسارتیمیز یوخ ایدی بلكه ده. نه من سنه گلمهیی باجارا بیلدیم، سنه دوغرو بیر آددیم آتا بیلدیم، نه ده سن منه.هانسیمیز داها قورخاق ایدی سؤیلهسنسه؟هر نهدیرسه سئوگیلی، گؤردویون كیمی من یئنه قالدیم قارشی ساحلده.سن همیشه گول دئیردین یا، گولورم اینان، آغیز دولوسو گولورم. تامام، یالان دانیشدیم، من سنده بوراخدیم حقیقی گولوشلریمی. نئجهدیر گونش همیشه منسیز دوغولور. سانارام ایشیقلیقدان قاچیرام، بیر آز دا اینسانلاردان. اورهییم ائله شفاف كی، ایندی بیری چیخیب فنر توتسا، ایچینده لوم-لوت یاتان آغریمی گؤرهجك. بونا گؤره آخشامی گؤزلهییرم. نئجه اولسا قارانلیق اله وئرمیر، نه منی نه مندهكی سنی. یقین اونا گؤره سئویرم گئجهنی.یئنه چؤرك كیفسیمیش قابیندا. نه چوخ پوزولور هر شئی بو آرالار. آخشام چؤكدو شهرین اوزرینه و من دمیرباش تكلیییمی چكیرم كوچه چیخمازلارینا. حالبوكی چؤرك آلماق اوچون چیخمیشدیم كوچهیه. بیر ساخسی دولوسو بنؤوشه آلدیم چیچكچیدن. چیچكچیه بیر گولومسنمك بورجلاندیم. آه، مور بنؤوشهلر، بیر گؤرسنسه نئجه گؤزللر و ده نه چوخ آیریلیق ای وئریرلر.سرعتلندیریلمیش فیلم كیمی مؤوسوملر، یئر دَییشدیریر دایانمادان. هر شئی سرعتله كؤهنهلیر، بو شهر ده كؤهنهلیر اوزوم كیمی. بیر سن كؤهنهلمیرسن منده. اوزومدهكی یاپیشقان حوزنون سببی بیر آز سئنتیابر آیی دیرسا بیر آز دا سنسن.سئوگیلی، آغاجلار ساریا چالان یارپاقلاریلا پاییزی مقدس حساب ائدیر. منیمسه پوزغونچو هازیران آیی یاغیر ساچلاریما. سؤز آرامیزدا، آرتیق سئومیرم هازیرانی . نه واخت بیری آلبالی دئسه قیپ-قیزیل آلدانیرام ایچیمه. بلكه یئنه سئوهرم هازیرانی بللی می اولار، داها واخت ائركن.باخ، یئنه سن اوداخلی(2) بیر سیزی یوخلاییر سول یانیمی. كیرپییمده تیترهییرسن دایانیب دایانیب. بوراخسام ایتكین دوشهجكسن گؤزلریمدن.یاغیش ایدیمی اوزومه ووران، یوخسا گؤزلریم بولودلارامی اؤیكونو یوردو بیلمهم؟ ایكی گوناهكار داملا سوزولوب دوشدو بنؤوشه یارپاغینا. تیترهدی مور بنؤوشه.نه بولود بوینونا گؤتوردو گوناهی نه ده من. اؤزونه یاخشی باخ سئوگیلی. سوسماق بعضن داها اصیلدیر دانیشماقدان. سوسدوق یول بویو. نه بنؤوشه دانیشدی نه ده من.1) چیچك قویماق اوچون ایستیفاده ائدیلن، شوشه، تورپاق، ماددهلردن و موختلیف معدنلردن ائدیلهن، موختلیف اؤلچو و فورمالاردا اولا بیلن درین قاب.2) بیر ایشیق و یا ایستلیك قایناغیندان یاییلان شعالارین توپلاندیغی یئر.
Səndən Sonra
Bilirsənmi, artıq şeir yazmaq gəlmir içimdən. Sanki qurtardı sözlərim,
nə vaxt ağızımı açsam cümlələr para para tökülür dilimdən.
Buraxdım artıq səni yazmağı suya, atəşə. Sən heç deyilməmiş bir sözidin
bəlkə də. İşin əsli, bu ayrılığı da sığdıra bilmirəm heç bir şeirə.
Üstümə sıxıntı qusur zaman. Bu günlərdə məcbur olmayınca çölə çıxmıram.
Özümü keçmişimdə buraxa bilsəydim kaş ki. Hara getsəm özümə tutuluram. Səndən
sonra bir az dağıldım yəqin, evin dağınıqlığı da ondan. Çirklənirmiş insan,
eşqi ləkə kimi sinəsində daşımaqdan. Halbuki eşq, ağ bir zanbaq idi budağında
açan. Zanbaqlarım da çirkləndi.
Əlbəttə yığacağam qırılan tökülən parçalarımı. Səndən, məndən, bizdən
artıq qalan nə varsa başım gözüm üstünə. Bu arada bir şey daha öyrəndim; insan
ürəyinin bir fərqi yoxmuş qırılan vazadan. Böyükmüş ikisini də ən yaxınında
dayananların qırma ehtimalı. Qırılmaq o qədər də pis deyil bəlkə də. Qırıla
tökülə öyrənəcəyik həyatı. Bağışlamağı da öyrənərmiş insan zamanla. Öyrənərəmmi
həqiqətən?
Bəzən unuduram incikliyimi, anamı darıxdığım kimi darıxıram səni.
Bilirsənmi özümdən qorxuram. Sənə elə qızıram elə qızıram ki. Ən çox da
özümə. Hirslilik pis bir şey, nə etsəm nə söyləsəm zəbtə keçirir günah mələyi.
Məcbur etməyə gəlmir deyilmi? Kim demiş insan qədərini öz təyin edər deyə?
Olmurmuş işdə! Bax, tam ortadan qopdu, biz nə qucaqlamağı bacara tanış nə hörməyi
qədərin əprimiş ipini.
Say ki sevda dediyin tükdən bir körpü, elə iti, elə incə. Üzərində getməyə
cəsarətimiz yox idi bəlkə də. Nə mən sənə gəlməyi bacara bildim, sənə doğru bir
addım ata bildim, nə də sən mənə.
Hansımız daha qorxaq idi söyləsənsəyə?
Hər nədirsə sevgili, gördüyün kimi mən yenə qaldım qarşı sahildə.
Sən həmişə gül deyərdin ya, gülürəm inan, ağız dolusu gülürəm. Tamam,
yalan danışdım, mən səndə buraxdım həqiqi gülüşlərimi. Nicədir günəş həmişə mənsiz doğulur. Sanaram
işıqlıqdan qaçıram, bir az da insanlardan. Ürəyim elə şəffaf ki, indi biri
çıxıb fənər tutsa, içində lüm-lüt yatan ağrımı görəcək. Buna görə axşamı gözləyirəm.
Necə olsa qaranlıq ələ vermir, nə məni nə məndəki səni. Yəqin ona görə sevirəm
gecəni.
Yenə çörək kifsimiş qabında. Nə çox pozulur hər şey bu aralar.
Axşam çökdü şəhərin üzərinə. Və mən dəmirbaş təkliyimi çəkirəm küçə
çıxmazlarına. Halbuki çörək almaq üçün çıxmışdım küçəyə. Bir saxsı dolusu bənövşə
aldım çiçəkçidən. Çiçəkçiyə bir təbəssüm borclandım. Ah, bənövşəyi bənövşələr,
bir görsənsə necə gözəllər və də nə çox ayrılıq iy verirlər.
Sürətləndirilmiş film kimi mövsümlər, yer dəyişdirir dayanmadan. Hər
şey sürətlə köhnəlir, bu şəhər də köhnəlir yüzüm kimi. Bir sən köhnəlmirsən məndə.
üzümdəki yapışqan hüznün səbəbi bir az sentyabrsa bir az da sənsən.
Sevgili, ağaclar sarıya çalan yarpaqlarıyla payızı müqəddəs hesab edir.
Mənimsə pozğunçu haziran yağır saçlarıma. Söz aramızda, artıq sevmirəm haziranı
. Nə vaxt biri albalı desə qıpqızıl aldanıram içimə. Bəlkə yenə sevərəm
haziranı belli mi olar, daha vaxt erkən.
Bax, yenə sənli bir sızı yoxlayır sol yanımı. Kirpiyimdə titrəyirsən
dayanıb dayanıb. Buraxsam itkin düşəcəksən gözlərimdən.
Yağış idimi üzümə vuran, yoxsa gözlərim buludlaramı öykünü yordu bilməm?
İki günahkar damla süzülüb düşdü bənövşə yarpağına. Titrədi mor bənövşə.
Nə bulud boynuna götürdü günahı nə də mən.
Özünə yaxşı bax sevgili.
Susmaq bəzən daha əsildir danışmaqdan.
Susduq yol boyu.
Nə bənövşə danışdı nə də mən
.
05 Sentyabr 2013 Braunschweig
+0 بهین