آنادولو توركجهسیندن چئویرن: بولاق
آنلاییرام دئمه منه
آنلاییرام دئمه منه
آنلایا بیلرسنمی حیس ائتدیكلریمی
باخا بیلرسنمی حیاتا منیم گؤزلریمدن
سیغدیرا بیلرسنمی اوتوز ایكی ایلی بئش دقیقهیه
چؤزه بیلرسنمی بئینیمین سیررینی
سیله بیلرسنمی اونوتماق ایستهدیكلریمی
سنین اوچون یانلیش اولان دهیر یارغیلاریمی
دهییشدیره بیلرسنمی آنلایاجاغین شكیلده
بیر گولوشون قیمتینی بئله بیلرسنمی
سئوگیلیمین دوداقلارینداكی
روحومدا قوپان فیرتینالاری
جانلاندیرا بیلرسنمی خیالیندا
یاشایا بیلرسنمی عینی آجی و كدرلریمی
دلیجه دوشلریمی سورغولایا بیلرسنمی ایچینده
بوشونا آنلاییرام دئمه منه
ایچ-ایچه یاشادیغیم بونجا ایله باخمایاراق
اؤزومو من بئله آنلایا بیلمهدیم داها
Anlayıram Dəmə Mənə
Anlayıram demə mənə
Anlaya bilərsənmi his etdiklərimi
Baxa bilərsənmi həyata mənim gözlərimdən
Sığdıra bilərsənmi otuziki ili beş dəqiqəyə
Çözə bilərsənmi beynimin sirrini
Silə bilərsənmi unutmaq istədiklərimi
Sənin üçün yanlış olan dəyər yargılarımı
Dəyişdirə bilərsənmi anlayacağın şəkildə
Bir gülüşün qiymətini belə bilərsənmi
Sevgilimin dodaqlarındakı
Ruhumda qopan fırtınaları
Canlandıra bilərsənmi xəyalində
Yaşaya bilərsənmi eyni acı və kədərlərimi
Delicə düşlərimi sorğulaya bilərsənmi içində
Boşuna anlayıram demə mənə
İç-içə yaşadığım bu bunca ilə baxmayaraq
Özümü mən belə anlaya bilmədim daha
آنادولو توركجهسینده
+0 بهین