allahın adıyla
Qeyri-dövləti "Anamın Yaylığı" festivalının beşinci dövrünün çağırışı
"Oxucular baxışında, Azərbaycan bölgəsi ədəbi-kültürəl üstün simaları"
Bölümlər:
1- 1300-1390-cı günəş ilinə qədər Azərbaycan bölgəsi ədəbi-kültürəl üstün simaları
2- 1391-ci günəş ilində Azərbaycan bölgəsi ədəbi-kültürəl üstün simaları
3- 1391-ci günəş ilində Azərbaycan bölgəsi ədəbi-kültürəl üstün fəzasını ən çox etgiləndirən sima
Seçim metodu :
1- Hörmətli iştirakçıların hər birisi, 1300-dən 1390-cı günəş ilinədək, öz baxışında üstün olan, 5 dərgi, 5 kitab, 5 şair, 5 roman yazarı, 5 tənqidçi, 5 ədəbi tədqiqatçı, 5 tənz yazarı (şer ya nəsr), 5 piyes yazarı, 5 uşaq ədəbiyatı şair ya yazarına səs verə bilər.
2- Hörmətli iştirakçıların hər birisi, 1391-ci günəş ilində, öz baxışında üstün olan, 3 dərgi, 3 kitab, 3 şair, 3 roman yazarı, 3 tənqidçi, 3 ədəbi tədqiqatçı, 3 tənz yazarı (şer ya nəsr), 3 piyes yazarı, 3 uşaq ədəbiyatı şair ya yazarına səs verə bilər.
3- Hörmətli iştirakçıların hər birisi, 1391-ci ildə, Azərbaycan bölgəsi ədəbi-kültürəl fəzasını etgiləndirən sima seçimində, yalnız bir nəfərə səs verə bilər.
Anamın yaylığı festivalının beşinci dövrü üç bağımsız bölümdə qurulduğu üçün, iştirakçılarımız hər üç bölümə də ayrıca qatıla bilərlər.
Sayın iştirakçılar iki təriqlə festivala qatıla bilərlər :
1- Yalnız üstün gördüyünüz simaları sırayla yazıb və bizə göndərə bilərsiniz. Burada qaliblər püşk atılaraq hər bölümdə seçiləcəkdir.
2- Seçim nədənlərini müstəqil məqalə formətində bizə göndərə bilərsiniz. Göndərilən məqalələri münsiflər heyəti dəyərləndirdikdən sonra, qaliblər bəllənəcəkdir.
Hər bir iştirakçı mümkündürsə seçdiyi insanların, doğum ili, doğum yeri, vəfat etdiyi tarix (vəfat etmişsə), eləcə sənətçinin dəfn olunduğu yeri də bəlirtsin.
Məqalələr hər iki dildə, yəni Türkcə və Farscada ola bilərlər.
Qaliblərimizə xatirə lövhü, kitab, eləcə Azərbaycanımızın hünər və kültürsevər insanlarının mali himayəsi olursa, festival heykəli də təqdim olunacaqdır.
Önəmli qonular :
1- Anamın yaylığı festivalının beşinci dövrü internet alanında keçiriləcəkdir.
2- Azərbaycan ədəbi-kültürəl simalarını seçmək, ilk təcrübəmiz olduğunu nəzərə alaraq, festivalımızda catışmayan cəhətlərin olması aydındır. Umuruq baxışlarınızı bildirməklə, bizə yardım etməyi əsirgəməyəcəksiniz.
3- Azərbaycan sənətçilərinin bir sırası Farsca və Türkcə yazdıqları üçün ya bəzən bir dildə yaradıcılıq etdikləri üçün, seçiminizdə, Azərbaycan kültür və ədəbiyyatının gəlişməsində hansı etgilidirsə bəlirlənməsi önərilir.
4- Kitab və nəşriyyat seçimində, rəsmi çap icazəsi ilə yayımlanan kitab və dərgilər nəzərə alınmışdır. Özəlliklə 1357-ci ildən bəri nəşr olunanlar.
5- Hər iştirakçı yalnız bir dönə festivala qatıla bilər və sonradan göndərilən yazı ya məqaləyə baxılmayacaqdır.
6- Bütün iştirakçıların adı yaylıq yayım evinin bloqunda yayımlanacaqdır.
7- Seçilmiş sənətçilərimizin adları seçim sırasıyla və topladığı imtiyaz əsasında bloqumuzda yayımlanacaqdır.
8- Hər tür toplumsal, bireysəl və ... təəssübdən uzaq seçim, əziz iştirakçılarımızın sorumlu olduqlarını göstərir.
9- Anamın yaylığı festivalını reklam edən hər bir bloq ya sayt səhifəsinin ünvanı, bloqumuzun ayrıca bir postunda yayımlanacaqdır.
10- Festival xəbərlərini izləməyə əsas net düşərgəsi Yaylıq nəşriyyatının bloqudur ( www.e-yayliq.blogfa.com )
Iştirakçıların fərdi məlumatları :
1- Gərəkli : ad, soy ad, atanın adı, hünəri təxəllüs, cinsiyyət (kişi qadın), doğum tarixi və yeri.
2- Gərəksiz (istəyə bağlı) : təhsilat səviyyəsi, iş, kültürəl-hünəri çalışmalarının özəti, çap olunmuş ya çap olmaqda olan əsərlər, şəkil.
Iştirakçıların yaşadıqları yerin məlumaları :
1- Gərəkli : post ünvanı ki, ustan, şəhristan, şəhərkənd, əsli və fəri xiyaban, küçə, pilak və posta kodunu içərmiş olsun. Mobayl və ev telefon nömrəsi.
2- Gərəksiz (istəyə bağlı) : sayt ünvanı, bloq və e-mail.
Göndərmə təriqi :
Sayın iştirakçılar baxış və məqalələrini Yaylıq nəşriyyatı bloqunun kament bölümündə, xususi olaraq göndərə bilərsiniz. Eləcə bizim e-mail ünvanımız olan (ss.donyavi@gmail.com) adresinə də göndərə bilərsiniz. Ayrıca 09358017967-09148637090 mobayl nömrələri də maraqlananlar üçün ilgi nömrələridir.
Planlaşdırma :
Festivalın başlanışı : 1391.10.15
əsərlərin göndərilməsinə açılış : 1391.11.1
əsərlərin göndərilməsini dayandırma : 1391.11.30
sonucların bəlirlənməsi : 1391.12.12 (1389-cu günəş ilində birinci Anamın yaylığı festivalının qurtarış günü ilə eyni gündə)