Edgar Allan Poe – iki üzlü Ürək
Doğru! Sinirli idim(Əsəbiydim), pis əsəbiydim, hələ də eləyəm amma dəli olduğumu da haradan çıxarırsınız? Xəstəliyim duyğularımı itiləşdirmişdi, xarab etmiş ya da körəltmiş(bədənin zəyifləyib quruması) deyildi. Hamısından qıraq olan, iti eşitmə duyğusu idi. Cənnətdəki və dünyadakı bütün səsləri eşidirdim. Cəhənnəmdən gələn bir çox səsi eşidirdim. Söyləsənizə, necə dəli ola bilərəm? Dinləyin və necə ustalıqla - necə sakincə sizə bütün hekayəmi anlatıram, görün.
Fikirin ağılıma ilk necə gəldiyini söyləmək imkansız amma ağılıma düşdüyü andan etibarən məni gecə gündüz rahat buraxmadı. Bir amacım yox idi. Bir arzum yox idi. Yaşlı adamı sevərdim. Mənə heç zərəri toxunmazdı. Məni əsla sındırmazdı. Qızıllarında da gözüm yox idi. Məni əsəbiləşdirən… Sanaram, gözləri idi! Bəli, bu idi! Bir quzğunun gözü vardı onda -- üzərində incə bir pərdə, donuq, mavi bir göz--. Nə vaxt baxışlarını üzərimdə hiss etsəm qanım donurdu və gün keçdikcə, addım-addım, yaşlı adamın canını almayı, beləliklə gözlərindən sonsuza qədər xilas olmağı başıma qoydum İndi, məsələ budur ki, siz mənim dəli olduğumu düşünürsünüz. Dəli dediyin heç bir şey bilməz. Amma məni bir görməli idiniz. Necə ağıllıca davrandığımı görməli idiniz -- necə bir ehtiyatla--, ayanlıqla(önsezi-altıncı duyğu), ikiüzlülüklə çalışdım! Yaşlı adama, heç bir zaman, onu öldürmədən öncəki həftədə olduğu qədər nəzakətli davranmamışdım. Hər gecə, gecə yarısı ətrafı, qapısının mandatlını(dönər taxtasını) çevirib qapını yavaşca açırdım! Sonra, qapını, başmı soxa biləcəyim qədər aralayıb qara bir fanusu tamamilə bağlı halda, -bağlı ki heç işıq parlamasın- içəri soxurdum və sonra başmı aralığa yerləşdirirdim. Ah, bir görsəydiniz necə bir hiyləgərliklə(cələqırmışlıqla) başmı içəri soxduğumu, gülərdiniz. Çox amma çox yavaş bir şəkildə hərəkət etdirirdim başmı, yaşlı adamın yuxusunu pozmamaq üçün. Başmı aralığa tamamilə yerləşdirmək bir saatımı alırdı, bu şəkildə yatağında yatarkən onu görə bilirdim. Söyləsənizə! Dəli bir adam bu qədər ağıllıca davrana bilər idimi? Və sonra başım tamamilə otağının içindəykən fənəri diqqətlicə açırdım -- amma nə diqqətlə -- nə diqqətlə (fanusun şişəapağı cırıldadığı üçün), fənəri onun quzğun gözünə tək bir incə işıq şoasi(ışın) düşəcək qədər açırdım. Bunu, hər gecə tam geceyarısı, yeddi uzun gecə boyunca etdim, amma gözü həmişə bağlı tapdım. Bu halda işi həll etmək imkansız idi çünki məni hirsləndirən yaşlı adam deyil onun o Şeytanı Gözü idi. Hər səhər, gün doğulduğunda həyasızca otağına getdim və onunla cəsurca danışdım, ona içdən bir şəkildə səslənib gecəni necə keçirdiyini soruşdum. Görürsünüz ya, hər gecə tam on ikidə, yatarkən ona baxdığımdan şübhələnməsi üçün gerçekten çox qarımış bir qoca olması lazım idi.
Səkkizinci gecə, qapını açarkən hər vaxt olduğundan daha tədbirliydim. Bir saatın dəqiqə əqrəbisi əlimin o andakı hərəkətindən daha sürətli hərəkət edər. O gecədən öncə yetənəklərimin, zəkamın ölçülərini heç başa düşüb düşünməmişdim. İçimdəki zəfər duyğusunu çətinliklə anlayırdım. Orada yavaş yavaş qapını açdığımı və onun gizli hərəkətlərimi və planlarımı xəyal belə etmədiyini düşününcə öz özümə yavaşcasına pıkqıldadım. Sanaram məni duydu çünki çaşmış kimi yatağında birdən sıçradı. İndi geri çəkildiyimi düşünə bilərsiniz -- amma xeyr. Otağı qap qaranlıq idi (oğrulardan qorxduğundan panjurlar sıx bağlı idi), buna görə qapının açıldığını görə bilmədiyini bilirdim və qərarlı bir şəkildə qapını itələməyə davam etdim.
Başmı içəri soxdum və baş barmağım qapının mandalının üzərindən keçdiyində, yaşlı adam da yatağında sıçrayıb "Kim var orada?" deyə qışqırdığında, tam fənəri açmaq üzrəydim.
Səssizcə dayandım və heç bir şey söyləmədim. Tam bir saat boyunca tək bir qaşımı belə tərpətmədim və bu sırada onun yatdığını da duymadım. hələ yatağında eləcə oturmuş, dinləyirdi; eynilə mənim gecələr boyunca divardakı saatı dinlədiyim kimi.
Ardından, yüngül bir inilti duydum və onun ölümcül qorxunun iniltisi olduğunu bilirdim. ağrılı ya da kədər inləməsi deyildi o - ah, xeyr! Qorxuyla dolduğunda ruhun dərinliklərindən gələn alçaq, boğuq səs idi. Səsi yaxşı tanıyırdım. Bir çox gecə, tam geceyarısı, bütün dünya yatarkən, o səs, məni dəli edən qorxuları şiddətləndirərək sinəmdən daşardı. Söylədim ya, səsi yaxşı tanıyırdım. Yaşlı adamın nə hiss etdiyini bilirdim və içdən içə gülməmə baxmayaraq ona acıdım. Yatağında sıçradığında eşitdiyi ilk səsdən bəri oyanıq olduğunu bilirdim. O andan etibarən qorxuları gedərək artdı. Qorxularını səbəbsiz taparaq xoş göstərməyə çalışdı amma bacara bilmədi. Öz-özünə, "Heç bir şey deyil canım olsa olsa bacadakı küləkdir, yalnız yerdə gedən bir siçandır" ya da "yalnız bir cırcırböceği cəh-cəhidir" deyib dayandı. Özünü bu fərziyyələrlə rahatlaşdırmağa çalışırdı : amma hamısının boşuna olduğunu anladı. HƏR ŞEY BOŞUNA İDİ, çünki Ölüm, yaxınlaşarkən qara kölgəsiylə, qurbanini hiyləgərcə(sinsicə) çevrelemiş və şəbəkəsinə salmışdı. Məni görməməsinə və duymamasına baxmayaraq, başımın otaqdakı varlığını hiss etdirən, qəbul edə bilmədiyi kölgənin sarsıdıcı təsiri idi.
Onun yatdığını duymadan uzun bir süre səbirli bir şəkildə gözlədikdən sonra, fanusu --çox amma çox az-- açmağa qərar verdim. Açdım -- təxmin edə bilməzsiniz necə hiyləgərcə, necə hiyləgərcə -- ən sonunda fanusdan atılan tək, bəlli bəlirsiz bir işıq süzməsi, hörümçək toru kimi onun quzğun gözünə düşənə qədər.
Göz açıq idi, tamamilə açıq idi, ona baxarkən get-gedə hirsləndim. Açıq seçik gördüm -- iliyimi sümüyümü donduran üzərindəki qorxunc dəriylə, o donuq mavi --; amma sanki içgüdüsel olaraq işığı o allahın bəlası nöqtəyə yönəltdiyim üçün yaşlı adamın başqa heç bir yerini, yüzünü ya da bədənini görə bilmirdim.
Sizin dəlilik sandığınız şeyin əslində duyuların həddindən artıq itiləşməsi olduğunu söyləməmiş idimmi? Sonra, qulağıma, pambığa sarıldığında bir saatın çıxardığına bənzər yüngül, boğuq, ardıcıl bir səs gəldi. Bu səsi də yaxşı tanıyırdım. Yaşlı adamın ürək çırpınması idi.
Necə ki bir təbilin damdamları əsgərin cəsarətini qamçılayar, o səs də mənim hirsmi qamçılayırdı.
Amma özümü tutdum və heç tərpənmədim. Nəfəsimi belə tutmağa çalışdım. Fanusu heç hərəkət etdirmədim. İşığı gözündə necə sabit tuta biləcəyimi sınadım. Bu arada ürəyin qorxunc səs-küyü artdı. Səs, hər saniyə, gedərək sürətləndi və yüksəldikcə yüksəldi. Yaşlı adamın qorxusu hədd mərhələdə olmalı idi. Dediyim kimi, səs yüksəldi, hər saniyə yüksəldi! -- Məni diqqətlicə dinləyirsinizmi ? Sizə gərgin olduğumu söyləmişdim: eləyəm. Gecənin bir yarısı, yaşlı evin ürpərdici səssizliyində, beləsinə qəribə bir səs məni kontrol edilə bilməz bir qorxuyla həyəcanlandırdı. Amma bir neçə dəqiqə daha özümü tutdum, heç tərpənmədən dayandım. Ürəyin vuruşu gedərək yüksəlirdi, gedərək! Ürəyi partlayacaq sandım artıq. Sonra yeni bir narahatlığa qapıldım - səs bir qonşu tərəfindən duyula bilərdi! Yaşlı adamın vaxtı gəlmişdi artıq! Gurultulu bir səslə fənəri açıb otağa girdim. Bir dəfə qışqırdı -- yalnız bir dəfə. Bir anda onu yerə atdım və ağır yatağı üstünə basdırdım. Umarsızca güldüm sonra, işi bu qədər tez bitirdiyimi görüncə. Lakin, bir sürə daha, ürəyi boğuq bir səslə atmağa davam etdi. Amma bu məni əsəbiləşdirmədi; səs, divardan otaya eşidilə bilməzdi. Ən sonunda dayandı. Yaşlı adam ölmüşdü. Yatağı üstündən çəkdim və cəsədi araşdırdım. Bəli, kəsinliklə ölmüşdü. Əlimi ürəyinin üzərinə qoydum və dəqiqələrlə orada tutdum. Ürək çırpıntısı yox idi.
Bəli, kəsinliklə ölmüşdü. Artıq gözləri canımı sıxmayacaqdı.
indi dəli olduğumu düşünürsünüzsə, cəsədi saxlamaq üçün aldığım ağıllıca tədbirləri anlatdıqdan sonra elə düşünməyəcəksiniz. Gecə sona yaxınlaşırdı və mən də tələsik davranırdım amma səssizcə. Öncə cəsədi parçalara ayırdım. Başını, qollarını və qıçlarını kəsdim.Otağının döşəməsindən üç döşəmə taxtasını sökdüm və parçaladığım cəsədi döşəmələrin arasına yerləşdirdim. Sonra da taxtaları elə ağıllıca elə hiyləgərcə geri yerləşdirdim ki heç bir insan gözü -- onunki belə -- bir qəribəlik olduğunu düşünə bilməzdi. Təmizlənəcək heç bir şey yox idi -- heç bir iz - nə bir qan ləkəsi nə başqa bir şey. Bunun olmaması üçün çox tədbirli davranmışdım. Ləyəndə həll etmişdim hamısını - ha! ha!
Bütün bu çalışmaların sonunda, saat səhərə qarşı dörd olmuşdu -- indi geceyarısı kimi qaranlıq idi. Saat tam dördə vurduğunda, küçə qapısında bir tıklama eşitdim. Qayğısız bir şəkildə qapını açmağa getdim, -- qorxacaq neyim vardı ki? Özlərini böyük bir nəzakətlə polis məmuru olaraq tanıdan üç adam girdi. Gecə, qonşular tərəfindən bir qışqırıq duyulmuş: cinayət işləndiyi şübhəsi oyanmış; məlumat, polis mərkəzinə çatmış və onlar da (polis məmurları) ətrafı araşdırmaq üzrə təyin edilmişlər.
Gülümsədim, -- Nə üçün qorxacaqdım ki? Səmimiliklə qarşıladım onları. Qışqırıq, yuxumda atdığım öz qışqırığım idi, dedim. Yaşlı adamın qəsəbədə olmadığını söylədim. Ziyarətçilərimə evin hər yerini göstərdim. Onlara araşdırmalarını, yaxşıca araşdırmalarını söylədim. Ən sonunda, onun otağına belə apardım. Onun heç toxunulmamış, əmin əllərdəki qiymətli əşyalarını göstərdim. Güvəminin verdiyi rahatlıqla, otağa səndəllər gətirdim və oturub yorğunluqlarını atmalarını dilədim, mənsə, xariqüladə zəfərimin vəhşi həyasızlığıyla, öz səndəlimi, tam altında qurbaninin cəsədinin olduğu nöqtəyə qoydum.
Məmurlar məmnun idilər. tutumum onları razı salmışdı. Mən, özelliklə rahatdım. Şən şən cavablar verirdim, onlar da oturdular, havadan sudan danışdılar. Amma, çox keçmədən, gedərək solduğumu hiss etdim və getmələrini dilədim. Başım ağrıyırdı və qulaqlarımda bir zingildəmə vardı; amma onlar hələ oturmuş söhbət edirdilər. Zingildəmə daha bir diqqətə çarpan oldu: o hissdən xilas olmaq üçün daha sərbəstcə danışdım: amma davam etdi və daha da diqqətə çarpan hala gəldi -- ən sonunda səsin qulaqlarımdan DEYİL başqa yerdən gəldiyini anlayana qədər.
Heç şübhəsiz daha da solğunlaşdım; amma daha axıcı danışırdım və daha yüksək bir tonla. Səs, yenə də yüksəldi - nə edə bilərdim ki ? YÜNGÜL, BOĞUQ, ARDICIL BİR SƏS İDİ -- PAMBIĞA SARILDIĞINDA BİR SAATIN ÇIXARDIĞINA BƏNZƏYƏN. Nəfəsimi tutdum amma yenə də məmurlar səsi eşitmədi. Daha sürətli, daha hərarətli bir şəkildə danışdım amma səs gedərək artırdı. Ayağa qalxdım və həyəcanlı bir şəkildə, şişirdilmiş mimikalarla önemsiz şeylər üzərinə danışdım, amma səs gedərək artdı. Nə deyə getmirdilər ki? Adamların müşahidələrindən hirslənmiş də təlaşlanmış kimi ağır addımlarla irəli geri gedirdim, amma səs gedərək artırdı. Allaha görə! nə edə bilərdim? köpürdüm -- bağırıb çağırdım -- yamanladım! oturduğum səndəlini qaldırıb v taxtaların üstünə çırpdım amma səs yaxşıca ucaldı və gedərək artdı. çıxdıqca çıxdı ucaya -- daha ucaya -- daha da ucaya! adamlar indi gülümsəyib hallarından məmnun, danışırdılar. eşitməməkləri mümkünidimi? burax allaha görə! -- yox, yox? eşitmişdilər! – şübhələnmişdilər! – və bilirdilər! – qorxumdan ləzzət aparırdılar! -- bunu düşündüm və indi də helə düşünürəm. nə olursa olsun, bu iztirabdan daha yaxşıdı! nə olursa olsun, bu lağa qoyulmalı işdən daha dayanılırdı! o qondarma gülümsəmələri daha artıq dözə bilməzdim! qışıqırmasaydım öləcəyəm kimi his etdim! – və indi – indi yenə-- eşidin! daha uca! daha uca! daha uca! daha uca! --
«addı həriflər!» diyə bağırdım, buraxın iki üzlülüyü artıq! qəbül edirəm günahımı! -- taxtaları sökün! -- burda, burda! -- Bu onun qorxunc qəlbinin çırpınması! »
Çeviren: Gül Şahin
panjur: Günəşi və küləyi önləməyə, işığı azaltmağa yarayan, açılar bağlanar dar və yatay taxtadan, plastikdən və ya metal vəsaitlərdən yapılmış, pəncərəyə ilişən bağlama qurğus(n)u
Ağı: Bir orqanizmi narahat edən ya da öldürən özdek(Duyularla qəbul edilə bilən, bölünə bilən, ağırlığı olan obyekt, maddə.).
taban: tavan əleyhdarı.
Kaynak: POE, Edgar A. “The Tell-tale Heart”, The fall of the House of Usher and other writings : poems, tales, essays, and reviews ; edited with an introduction and notes by David Galloway, London ; New York : Penguin, 2003.