GÖZLƏYİRİK
Yavaş yavaş gecə enir məhəlləyə. Yata bilmirik.
Şəfəqi gözləyirik. Gözləyirik ki günəş
bir çəkic kimi çarpsın saç damlara,
çarpsın alınlarımıza, ürəklərimizə,
bir səs olsun, o səs duyulsun - başqa bir səs,
çünki səssizlik silah səsləriylə dolu, başqa
yerlərdən gələn
SƏSSİZLİYİN SƏSİ
Gecə. Heç səs yox. Tək kükrəməsi boşluğun
və şəffaf bəlirsiz ayın işığı
hələ bir biçim almadan duran və o qadını incidən
EYNİ TİKAN
Gecə qarşımızda, pəncərələri bağlı
iki qatlı yetimxananın cəbhəsi kimi dayanırdı.
Sabahısı gün, ağacların altında bir qadın
bir tikan çıxardı ayağının dabanından -
bizim hər gecə üstünə basdığımız o eyni tikan.
ÜÇLÜK
Dənizə baxmadan yazdıqca,
qələminin ucunun titrədiyini duyur -
dəniz fənərlərinin yandırıldığı andır bu.
ÇILPAQ
Burada, qarmaqarışıq otağımda,
toz tutmuş kitablarla
ölü və dalğın baxışlar,
bu duraxsayan kölgələr arasında,
bir işıq sızıntısı;
o gecə dayanıb
lüm-lüt soyunduğun yerdə.
GÖRÜLMƏMİŞ BİR ÇİÇƏK AÇMA
Qışqırmaq istəyirdi - daha çox dözə bilməyəcəkdi. Səsini
eşidə biləcək kimsə yox idi orada;
kimsə eşitmək istəmirdi. Özü də qorxurdu səsindən,
içində boğurdu səsini. Partlamaq üzrə idi susuşu. Birdən,
havaya uçdu gövdəsinin parçaları. Diqqətlə, səssizcə
yığacaqdı bu parçaları,
hamısını bir-bir yerlərinə yerləşdirəcəkdi dəlikləri bağlamaq
üçün.
Və təsadüfi bir gəlincik, bir sarı zanbaq tapsa, onları da
yığacaq,
özünün bir parçasıymış kimi gövdəsinə yapışdıracaqdı -
belə idi, dəlik deşik, görülməmiş bir şəkildə çiçək açırdı
işdə.
YAĞIŞDA
Yağışda gedir. Heç tələsiyi yox.
Yaş barmaqlıqlar parlayır. Gizli bir
qırmızılıqla qərarmış ağaclar. Ağılın
bir küncündə köhnə bir avtobus təkəri.
Mavi ev ala bildiyinə daha mavi.
Heçlik belə işıqlanır demək. Daşlar
düşür.
Əllər bağlanır. Boş bir CD
üzərək yaxınlaşır çayda. Amma sənin adın
bəlkə də CDnin o biri yüzündədir.
YAVAŞCA
Çuxuru ölçdük, ahəkin içinə atdıq ölüləri;
sonra ən incə ayın altında qayığa mindik,
dördüncü yoldaş dəmir qutunu qucağına götürmüş,
sanki içindəki gizli bir atəşdən istilənirmiş kimi
üstünə əyilmişdi. Tüstü yüksəlmədi,
eləcə qaldı suların üzərində.
Yannis RITSOS
Çevirən : Cevat ÇAPAN