Bu gecə yaza bilərəm
Bu
gecə yaza bilərəm,
Ən hüznlü şeirləri.
məsələ yaza bilərəm,
gecə ulduzlar kimi safdır
və ulduzlar uzaqdır,
elə içdən üşüyürlərki,
soyuqdu..
bu gecə yaza bilərəm,
Ən hüzünlü şeirləri,
Sevmişdim onu
və hərdən o da məni.
bu gecə kimi gecələrdə
uzanardı qollarımda.
sonsuz göy üzü altında,
öpərdim onu sonsuzca.
sevdi məni
və hərdən mən də onu..
iri,səssiz gözləri sevməmək olarmı?
bu gecə yaza bilərəm
ən hüzünlü şeirləri..
düşünmək mənim olmadığını,
hiss etmək onu itirməyi.
eşitmək sonsuz gecəni,
onsuz gecə daha da sonsuzdu,
ruhuma düşən oddu bu ağrı,
yandırır ruhumu..
samanlığa düşən qığılcım misalı..
nəisə..
bu onun səbəb olduğu
son kədərdir..
və bu şeir ona əllərimlə yazılan
son şeirdi..
İngiliscədən Aygül Qurbanova çevirib