(2) هیرچین: بلیرلی بیر سببی اولمادان سینیرلنیپ خاسیتسیزلیك ائدن
(3) قووشاق: آخار سو، یول كیمی اوزانیب گئدن شئیلرین كسیشدیكلری و یا بیرلشدیكلری یئر.
(4) كوغو: پرده آیاقلیلاردان، چؤل و ائوجیل تورلری اولان، چوخ اوزون و قیوریق بویونلو، گئنیش دیمدیكلی، گئنیش قانادلی بیر سو قوشو
(5) یؤرونگه: بیر گؤی جیسیمینین حركتی سورئسینده ایزلدیی یول.
acı çəkmək özgürlüksə
özgürdük ikimiz də
o yuvasız torağay
mənsə qəfəsdə sarıbülbül
o gəzmiş budaqdan budağa
sovurmuş ürəyini
mən bölmüşəm ürəyimi
baş qaldıran sətirlərə
qovuşmaq özgürlüksə
özgürdük ikimizdə
əlləri çığlıq çığlıq
yan-yana iki dünya
ikimiz iki dağdan
iki hırçın su kimi
axıb gəlmişdik
görüşmüşdük bir qovşaqda
unutmuşduq ayrılığı
yox saymışdıq darıxmağı
mahnımıza dalmışdıq
mutluluq mavi uşaq
oynayardı bağçamızda
axtarmaqmış oysa sevmək
darıxmaqmış oysa sevmək
tapıb tapıb itirməkmiş
düşsəl bir oyuncağı
yalanmış hamısı yalan
sevmək deyə bir şey vardı
sevmək deyə bir şey yoxmuş
ağrılardan artıq qalan
işdə bu baxışlarmış
kuğu deyə gözlərimdə
gün batımı buludlarmış
yalanmış hamısı yalan
sovrulub getmək varmış
ayrı yörüngəlerde
acı çəkdim günlərlə
acı çəkdim susaraq
bu qısacıq qonaqlıqda
zəlzələ qarışıqlığında
yaşadım bir neçə min il
acılara yapışaraq
acı çəkmək özgürlüksə
özgürdük ikimizdə
çığlıq: Acı, incə və iti səs, fəryad, fəğan
hırçın: Bəlirli bir səbəbi olmadan sinirlənip xasiyyətsizlik edən
qovşaq: Axar su, yol kimi uzanıb gedən şeylərin kəsişdikləri və ya birləşdikləri yer.
kuğu: Pərdə ayaqlılardan, çöl və evcil türləri olan, çox uzun və qıvrıq boyunlu, geniş dimdikli, geniş qanadlı bir su quşu
yörüngə: Bir göy cisiminin hərəkəti süresində izlədiyi yol